İstifadə qaydaları
Qüvvəyə minmə tarixi: 29 avqust 2026
Bu qaydalar Söhbətgah mobil tətbiqindən və
sohbetgah.az saytından istifadəyə şamil olunur. Tətbiqi
yükləməklə və ya xidmətdən istifadə etməklə bu şərtləri qəbul etmiş olursunuz.
1. Xidmətin təsviri
Söhbətgah azərbaycandilli podkastdır. Tural və Əli hər həftə aktual mövzular ətrafında
qonaqları ilə söhbətlər aparır. Epizodlar pulsuzdur və dinləmək üçün hesab tələb olunmur.
Epizodlarda sponsor təqdimatları səslənir. Bu təqdimatlar audio yazının öz içindədir və
dəstək paketi almaq onları aradan qaldırmır.
2. Hesab
Hesab açmaq könüllüdür və cihazlar arasında sinxronizasiya, dəstək ödənişləri kimi əlavə
imkanlar üçün lazımdır. Hesab açarkən:
- doğru və özünüzə aid məlumat verməlisiniz;
- giriş məlumatlarınızın təhlükəsizliyinə özünüz cavabdehsiniz;
- hesabınızdan icazəsiz istifadəni aşkar etsəniz, dərhal bizə bildirməlisiniz;
- 13 yaşdan böyük olmalısınız.
Bu qaydaların pozulduğu hallarda hesabı dayandırmaq və ya bağlamaq hüququmuzu saxlayırıq.
3. Dəstək paketləri
Söhbətgahı könüllü olaraq dəstəkləyə bilərsiniz. Dəstək paketi məcburi deyil — bütün
epizodlar onsuz da pulsuzdur. Dəstək layihənin davam etməsinə kömək edir və dəstəkçilərə
tanınma imkanları verir.
Ödəniş və avtomatik yenilənmə
-
Dəstək paketləri avtomatik yenilənən aylıq paketlərdir. Paketin adı və
qiyməti alış ekranında, sizin ölkənizin valyutasında göstərilir.
-
Ödəniş alışı təsdiqlədiyiniz anda Apple ID və ya Google hesabınızdan silinir.
-
Cari dövr bitməmişdən ən azı 24 saat əvvəl avtomatik yenilənməni
söndürməsəniz, paket avtomatik olaraq yenilənir.
-
Yenilənmə haqqı cari dövrün bitməsinə 24 saat qalmış hesabınızdan silinir.
-
Dəstəyi istənilən vaxt cihazınızın mağaza tənzimləmələrindən idarə edə və ya ləğv edə
bilərsiniz. Ləğv etdikdən sonra da ödənilmiş dövr bitənə qədər dəstəkçi imkanları
qalır. Cari dövrün ortasında ləğv etdikdə həmin dövr üçün geri ödəniş edilmir.
Ödənişlərin idarə olunması
iPhone / iPad: Tənzimləmələr → adınız → Abunəliklər → Söhbətgah.
Android: Google Play → profil şəkli → Ödənişlər və abunəliklər →
Abunəliklər → Söhbətgah.
Ödənişlər tam olaraq Apple və Google tərəfindən aparılır. Geri ödəniş sorğuları da həmin
mağazaların qaydalarına tabedir — bu barədə birbaşa Apple və ya Google-a müraciət etməlisiniz.
4. Məzmun və müəllif hüquqları
Epizodlar, mətnlər, loqo, dizayn və digər materiallar Söhbətgaha və ya müvafiq hüquq
sahiblərinə məxsusdur. Sizə şəxsi, qeyri-kommersiya məqsədilə dinləmək və izləmək üçün
məhdud icazə verilir.
Yazılı icazəmiz olmadan:
- epizodları öz platformanızda yenidən yayımlaya bilməzsiniz;
- məzmunu kommersiya məqsədilə istifadə edə bilməzsiniz;
- tətbiqdən yüklənmiş faylları paylaşa və ya satmaq üçün istifadə edə bilməzsiniz.
Qısa sitat gətirmək və mənbə göstərməklə epizoda istinad etmək sərbəstdir.
5. İcazə verilməyən istifadə
Xidmətdən istifadə edərkən aşağıdakılara yol verilmir:
- sistemə icazəsiz müdaxilə, təhlükəsizlik tədbirlərinin aşılması;
- xidmətə həddindən artıq yük yaradan avtomatlaşdırılmış sorğular;
- başqasının hesabından icazəsiz istifadə;
- qanunazidd və ya başqalarının hüquqlarını pozan hər hansı hərəkət.
6. Xidmətdə dəyişikliklər
Xidmətin funksiyalarını dəyişdirmək, epizodları yeniləmək və ya silmək, texniki işlər üçün
müvəqqəti dayandırmaq hüququmuzu saxlayırıq. Xidmətin fasiləsiz və səhvsiz işləyəcəyinə
zəmanət vermirik.
7. Məsuliyyətin məhdudlaşdırılması
Xidmət "olduğu kimi" təqdim olunur. Epizodlarda səslənən fikirlər aparıcılara və qonaqlara
aiddir; onlar peşəkar məsləhət (hüquqi, tibbi, maliyyə) sayılmır və belə qəbul edilməməlidir.
Qanunvericiliyin icazə verdiyi hüdudlarda Söhbətgah xidmətdən istifadə nəticəsində yaranan
dolayı və ya təsadüfi zərərlərə görə məsuliyyət daşımır.
8. Qaydalarda dəyişiklik
Bu qaydaları yeniləyə bilərik. Yeniləmə olduqda yuxarıdakı tarix dəyişir. Əhəmiyyətli
dəyişikliklərdən sonra xidmətdən istifadəni davam etdirməniz yeni qaydaları qəbul etdiyiniz
mənasına gəlir.
9. Tətbiq olunan qanunvericilik
Bu qaydalara Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunur. Mübahisələr,
mümkün olduqda, danışıqlar yolu ilə həll edilir.
10. App Store vasitəsilə yayımlanan tətbiq üçün əlavə şərtlər (Apple)
Söhbətgah tətbiqini Apple App Store-dan yükləmisinizsə, bu bölmədəki şərtlər də tətbiq
olunur. App Store-dan yüklənmiş tətbiqə münasibətdə uyğunsuzluq yaranarsa, bu şərtlər
yuxarıdakı digər bəndlərdən üstün tutulur.
-
Tərəflər. Bu qaydalar yalnız sizinlə Söhbətgah arasında bağlanır, Apple
ilə deyil. Tətbiqə və onun məzmununa görə yalnız Söhbətgah cavabdehdir, Apple yox.
-
İstifadə lisenziyası. Sizə verilən lisenziya — tətbiqi sahib olduğunuz
və ya idarə etdiyiniz Apple markalı cihazlarda, App Store-un İstifadə Qaydalarına (Usage
Rules) uyğun işlətmək üçün ötürülməz, qeyri-eksklüziv lisenziyadır. Tətbiqdən, Ailə
Paylaşımı (Family Sharing) vasitəsilə sizinlə əlaqəli digər hesablar da istifadə edə bilər.
-
Texniki dəstək və baxım. Tətbiqə dair texniki dəstək və baxıma yalnız
Söhbətgah cavabdehdir. Apple-ın belə xidmət göstərmək öhdəliyi yoxdur.
-
Zəmanət. Tətbiqə dair hər hansı zəmanətə yalnız Söhbətgah cavabdehdir.
Tətbiq zəmanətə uyğun gəlmədikdə Apple-a məlumat verə bilərsiniz və Apple, varsa, tətbiqin
alış qiymətini geri qaytarar. Qanunvericiliyin icazə verdiyi maksimum həddə Apple-ın
tətbiqə dair başqa heç bir zəmanət öhdəliyi yoxdur; bununla bağlı digər iddialar, itki və
öhdəliklər Söhbətgahın məsuliyyətindədir.
-
İddialar. Tətbiqə və ya ondan istifadənizə dair iddialara — məsuliyyət,
qanunvericiliyə uyğunluq, istehlakçı hüquqlarının qorunması və oxşar iddialar da daxil —
Apple deyil, Söhbətgah baxır.
-
Əqli mülkiyyət. Tətbiqin üçüncü tərəfin əqli mülkiyyət hüququnu pozması
ilə bağlı iddia olduqda, həmin iddianın araşdırılması, müdafiəsi və həllinə Apple deyil,
Söhbətgah cavabdehdir.
-
Qanuni uyğunluq. Tətbiqdən istifadə etməklə təsdiq edirsiniz ki, ABŞ
hökumətinin embarqo tətbiq etdiyi və ya “terrorçuluğa dəstək verən” kimi təsnif etdiyi
ölkədə deyilsiniz və ABŞ hökumətinin qadağan/məhdud tərəflər siyahılarında yer almırsınız.
-
Tətbiqin təqdimatçısı. Tətbiqi təqdim edən tərəf Söhbətgah komandasıdır.
Tətbiqlə bağlı sual, şikayət və ya iddialarınızı
[email protected] e-poçt ünvanı vasitəsilə bizə
çatdıra bilərsiniz.
-
Üçüncü tərəf şərtləri. Tətbiqdən istifadə edərkən tətbiq olunan üçüncü
tərəf razılaşmalarına (məsələn, mobil operatorunuzun şərtlərinə) əməl etməlisiniz.
-
Üçüncü tərəf benefisiar. Apple və onun törəmə şirkətləri bu qaydaların
üçüncü tərəf benefisiarlarıdır. Bu qaydaları qəbul etməklə, Apple onları sizə qarşı üçüncü
tərəf benefisiar qismində tələb etmək hüququ qazanır.
11. Əlaqə
[email protected]
Məlumatlarınızın necə işləndiyi barədə:
Məxfilik siyasəti.